» » Ukraynalı ulduzlar Opera və Balet Teatrında

Ukraynalı ulduzlar Opera və Balet Teatrında

Bölmə: Mədəniyyət
Ukraynalı ulduzlar Opera və Balet Teatrında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı öz yaradıcılıq ənənələrinə sadiq qalaraq vokal və balet sənəti ulduzlarının iştirakı ilə tamaşaların nümayişini davam etdirir.

Xalqİnfo.az xəbər verir ki, teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu sıradan növbəti tamaşa dekabrın 10-da baş tutacaq.

Həmin gün teatrda nümayiş olunacaq P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasında baş rol - Odetta-Odilliya partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Tatyana Qolyakova dəvət olunub. Onun tərəf müqabili kimi şahzadə Ziqfrid rolunu isə digər bir ukraynalı balet ulduzu beynəlxalq müsabiqələr laureatı Viktor İşşuk ifa edəcək.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler