» » “Vaqif” operası yeni quruluşda

“Vaqif” operası yeni quruluşda

Bölmə: Mədəniyyət
“Vaqif” operası yeni quruluşda

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Ramiz Mustafayevin “Vaqif” operasının premyerası keçiriləcək.

Xalqİnfo.az xəbər verir ki, teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, yeni quruluşda təqdim olunacaq səhnə əsərinin nümayişi bəstəkarın 90 illiyinə həsr olunub.

Tamaşada teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov, əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Əkrəm Poladov, Fərid Əliyev, Cahangir Qurbanov, İlkin Əhmədov, gənc solistlər Taleh Yahyayev, Tural Ağasıyev və Səbinə Əhmədova çıxış edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler