Qırğız Respublikasında Azərbaycan Musiqi Günü keçirilib - FOTOSESSİYABölmə: Mədəniyyət, Fotosessiya
![]() Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycan musiqisi günü keçirilib. apa-nın məlumatına görə, tədbirdə Qırğız Respublikasının hökumət üzvləri, xarici dövlətlərin ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Mərasimdə Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Timur Salamatov, Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin birinci müavini Akimbek Tekeşov çıxış ediblər. A.Tekeşov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucova Azərbaycanla Qırğızıstan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin fəxri medalını təqdim edib. Səfir bildirib ki, Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir. H. Orucov “Arşın mal alan” operettasını tamaşaya hazırladığı üçün Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə təşəkkürünü bildirib. Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının premyerası keçirilib. Tamaşanın quruluşçu dirijoru Qırğız Respublikasının xalq artisti Jumakadır Kanimetov, quruluşçu rejissoru əməkdar artist Sapar İsmailov, quruluşçu baletmeysteri Berdalı Pomankulov, quruluşçu-xormeysteri Karaqul Tilençiyevdir. Əsərin librettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur. Tamaşanı teatrın xoru və simfonik orkestri müşahidə edib. ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|