Bali adasının ən gözəl çimərlikləri - Fotolar![]() Dünyada səyahət etməyi sevməyən çox az sayda insan tapmaq olar. Hər kəs dünyanın müxtəlif yerlərində olan məşhur adaları, turistik yerləri görmək istəyər. Turistlərin ən sevilən məkanlarından biri məhz adalardı. Bali adası da səyahət sevənlərin əsas istiqamətlərindən biri hesab olunur. Orada o qədər görməli, maraqlı yerlər var ki, turistlərin çoxu bu barədə geniş məlumata sahib deyil. Xalqinfo.az sizi Cənub-şərqi Asiyanın, eləcə də, dünyanın ən məşhur kurort adaları haqqında maraqlı məlumatlarla tanış edəcək. Sizə bəhs edəcəyimiz məşhur turizm adalarından biri Bali adasıdır. Moskva və Denpasar arasındakı reys xətlərindan 10-12 saat uzaq məsafədə Bali adlı böyük şəhər yerləşir. Şəhər mövsüm zamanı inanılmaz macəra dolu məkana çevrilir. Balidə əsas görməli yerlərdən biri məşhur meymunların meşəsidir. Burada olmusunuzsa, bilirsiz. Yox əgər siz hələ bu meşədə olmamısınızsa, diqqətli olun. Burada heyvanlar çox hiyləgərdirlər. Qətiyyən çəkinmədən sizin çantanızdan, yemək, eynək, fotoaparat və bu kimi bir sıra kiçik predmetləri oğurlaya bilərlər. Adanın məşhur çimərliklərindən biri Ubud adlanır. Məkan yalnız səyahətçiləri nağıl kimi görünmür. Ümumi atmosferi o qədər rahatdır ki, insan burada dünya ilə əlaqəsini müəyyən müddətliyinə kəsir. Bu ərazilərdə çoxlu yoqa mərkəzləri fəaliyyət göstərir. Bali adasında ən böyük dalğalara belə hazır olmaq lazımdır. Əgər siz sörf sevirsinizsə, bura sizə cənnət kimi gələcək. Lakin suyu sevməyən turistlərin adadan həzz almaları üçün okeanın Nusa-Dua adlanan hissəsində dayanmaları məsləhətdir. Bura okeanın ən sakit və təhlükəsiz hissəsidir. Siz macəralarla dolu aktiv həyat tərzi axtaranlardansınızsa, Kut və Çanqu çimərliklərinə üz tutmalısız. Burada sörfçülər üçün məktəblər belə var. Çimərlikdə müxtəlif şənliklər, yarışlar, atraksionlar sizi gözləyir. Çanqu çimərliyinə əksər hallarda ən təcrübəli və cəsarətli sörfçülər gəlir. Çünki dənizdə həmişə yüksək və güclü dalğalar hökmranlıq edir. Cənnət həzzi axtarırsınızsa, səs-küydən uzaq, tamamilə sakit və tənha sahil kənarı istəyirsinizsə, mütləq Qili adasına baş çəkməlisiz. Ada Balidən dəniz yolu ilə bir neçə saatlıq məsafədə yerləşir. Əslində Qili adası 3 yerə ayrılır: Travaqan, Meno və Eyr adaları. İçərilərində Travanqan adlanan hissə ən gəzməli, əylənməli yer hesab olunur. Siz burada kiçik açıq kinoteatrlara baxa bilər, gözəl şam yeməyi yeyə bilərsiz. Digər iki adada isə ölümcül sakitlik hökm sürür. Çox təmiz havası olan adada at arabası və velosipedlərdən başqa heç bir nəqliyyat vasitəsi yoxdur. Batur vulkanı adanın şimal-şərqində yerləşir. Zirvədən adaya çox gözəl mənzərə açılır. Bu mənzərədən zövq almaq istəyənlər turistlər üçün kitabçalardan, ya da xüsusi bələdçilərin köməyindən istifadə edər bilərlər. Balidə həddindən çox şəlalələr var. Sayları o qədər çoxdur ki, adada xüsusi bölmə ayrılıb. Trip Advisorda ayrılan bölmədə şəlalələrin hamısını olmasa da, ən az bir neçəsini ziyarət etmək bütün turistlər üçün önəmli, hətta məcburidir. Məlumdur ki, İndoneziya öz möhtəşəm, təkrarolunmaz dadlı qəhvələri ilə məşhurdur. Dünyada qəhvənin ən bahalı növü olan "lyuvak" məhz burada istehsal edilir. Dənlər kiçik musanqaların - heyvanların həzm yolundan keçir. Praktik olaraq demək olar ki, dəyişiklik edilmədən hazırlanır. Hesab edilir ki, musanqilər yalnız ən ətirli və keyfiyyətli qəhvə dənlərini yeməkdən ləzzət alırlar. Adanın cənub-şərqindən fərqli olaraq, şimal-qərbində tamamilə başqa atmosfer var. Çox hissəsi meşələrlə əhatə olunmuş adada turist nisbətən azdır. Bali əhalisi dinə çox bağlıdır. Onlar tez-tez təntənəli şəkildə məbədə yürüşlər təşkil edirlər. Yerlilər məbəddə ruhlara hədiyyələr qoyurlar. Praktik olaraq demək olar ki, hər evdə kiçik səcdəgahlar var. Adada ən maraqlı nüanslardan biri də axşam saatlarında təşkil edilən əyləncələrdir. Burada daha maraqlıı olan isə rəqslərdir. Keçak rəqsi yerli əhalinin ən məşhur rəqsidir. Bu rəqsdə yerli geyimdə - saronqilər geyinmiş ən az 100 nəfər iştirak edir. Rəqsin bir başqa adı isə "Ramayanının Meymun mahnısı" adlanır. Djimbaran çimərliyində axşam saatlarında şam işiğı altında açılan süfrələrdə adanın dəniz məhsullarından hazırlanan dadlı təamları sevis olunur. Ofisiantlar turistlərə Menega Cafesində verilən midyalar təklif edirlər. Burada şam etmək üçün dünyanın müxtəlif ölkələrindən minlərlə turist gəlir. Denpasardan 22 kilometr, Kutidən 20 kilometr aralıda yerləşən Tan-Lotu məbədi adanın ən məşhur ziyarətgahı hesab olunur. Adaya gələn turistlər bu məbədi görmədən getməzlər. Məbəd rəsmi olaraq YUNESKO-un mühafizəsi altındadır. Balidə əsas və müqəddəs yerlərdən hesab olunan məbəd adanın kiçik bir hissəsində tikilib. Balinin ən yaxşı çimərlikləri Cənub-qərb sahillərində: Kut, Leqian, Seminyak, Çanqu, Exo. Bukit yarımadası tərəfdə: Uluvatu/Suluban Beach, Padanq-Padanq, Balanqan, Drimlend, Djimbaran, Nusa-Dua, Qeqer, Menqiat, Qrand Nikko, Tandjunq Benoa, Pandava, Nyanq Nyanq, Binqin Cənub-şərq sahillərində: Sanur, Çandidasa, Padanq Bay, Secret Beach, Mavi laqun, Kusamba Şərq sahillərində: White Sand Beach, Amed, Bunutan, Tulamben Şimal sahillərində: Lovina ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|