Dünyanın ən kiçik dövlətləri... - SiyahıBölmə: Dünya, BLOK XƏBƏR
VATİKAN İtaliyanın paytaxtı Roma şəhərinin içərisində yerləşən və sərhədləri divarlarla hörülən Vatikan dünyanın ən kiçik ölkəsidir. Sahəsi 0.44 kvadratkilometr olan bu ölkənin əhalisi təxminin 800 nəfərdən ibarətdir. Bu insanların əksəriyyəti iş üçün orada yaşayırlar. Rəsmi olaraq, 1929-cu ildə İtaliya ilə bağlanan Laterano müqaviləsi nəticəsində qurulan bu ölkə dini rəhbərliyə sahibdir. Ölkənin başında Roma Papası durur. MONAKO Dünyanın ikinci ən kiçik ölkəsi olan Monako Fransa və Aralıq dənizi arasında yerləşir. Sahəsi 1.5 kvadrat kilometr olan bu ölkənin rəsmi olaraq, tək şəhəri Monte Karlodur. Bu ölkənin əhalisi 33 min nəfərdən ibarətdir. Kazinoları və sahildəki otelləri ilə məşhur olan Monako zəngin insanların tez-tez üz tutduğu ölkədir. NAURU Bu, Cənubi Sakit Okeanının Okeaniya bölgəsində yerləşən dünyanın ən kiçik ada ölkəsidir. Sahəsi 22 kvadrat kilometr olan ada ölkəsinin əhalisi 9 min 322 nəfərdir. Bu ölkə 1900-cü ildən zəngin fosfat istehsalı ilə tanınır. Nauru 1968-ci ildə Avstraliyadan ayrılıb, müstəqil olub. Ölkənin rəsmi adı “Pleasant Island”dır. TUVALU Bu, Okeaniyada Havay adaları ilə Avstraliya arasında yerləşən kiçicik bir ölkədir. Beş mərcan adası və dörd dayaz adadan ibarət olan bu ölkənin ümumi sahəsi 15 kvadratkilometrdir. 1978-ci ildə ABŞ-dan ayrılıb, öz müstəqilliyini elan edib. Əhalisi 12 min nəfərdən ibarətdir. SAN-MARİNO İtaliyanın cənubunda yerləşən bu ölkənin sahəsi cəmi 40 kvadratkilometrdir. Dörd bir yanı İtaliya əraziləriylə əhatə olunan bu ölkənin əhalisi 32 min nəfərdir. LIXTENŞTEYN Bu, Mərkəzi Avropada yerləşən, knyaz tərəfindən idarə edilən konstitusiyalı monarxiya dövlətidir. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir. Avstriya və İsveçrə ilə həmsərhəddir. Dövlət dili alman dilidir. Danışıq dili isə alman dilinin dialektlərindən biri olan alman ləhcəsidir. Dini etiqadlarına görə əhalinin 92 faizi katoliklər, 8 faizi isə protestantlardırlar. Əhalisi 36 min nəfərdən ibarət olan bu ölkə 1806-cı ildə müstəqilliyini elan edib. MARŞALL ADALARI Təxminin 100 kvadratkilometr sahəyə malik olan bu ölkə kiçik ölkələr sırasında yeddincidir. 1986-cı ildə müstəqilliyini elan etmiş bu ölkə ekvatora da yaxındır. Ölkənin əhalisi 68 min nəfərdən ibarətdir. Sent-Kits və Nevis Karib dənizinin şərq hissəsində yerləşən bu dövlət Sent-Kids və Nevis adalarından ibərətdir. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabetdir. Sen-Kits və Nevis həm ərazisinə, həm də əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir. Sahəsi 150 kvadratkilometr olan bu ölkənin əhalisi isə 50 min nəfərdən ibarətdir. 1983-cu ildə Birləşmiş Krallıqdan ayrılıb, müstəqil Sen-Kits və Nevis Federasiyası adını alıb. Seyşel Rəsmi adı Seyşel Adaları Respublikasıdır. Hind Okeanının qərb hissəsində yerləşir. 92 adadan ibarətdir. Sahəsi 405 kvadratkilometrdir. Paytaxtı Viktoriya şəhəridir. İqtisadiyyatın başlıca sahəsi turistik biznesdir. Bu ada ölkəsi Afrikanın ən kiçik ölkəsidir. Əhalisi 88 min nəfərdən ibarətdir. 1976-cı ildə Birləşmiş Krallıqdan ayrılıb və müstəqil ölkə elan edilib. Musavat.com |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|