Ermənilər Ağstafada 10 yaşlı uşağı yaraladılarBölmə: MANŞET
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini yaralanıb. Ağstafa rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Köhnə Qışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Qoşqar Teymur oğlu boyunun qəlpə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağstafa rayonu istiqamətində üzbəüz mövqeləri atəşə tutublar. 10 yaşlı Qoşqar Abbasov da bu zaman qəlpə yarası alıb. |
XƏBƏR LENTİ
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|