» » Ermənilər 15 yaşlı azərbaycanlı məktəbli qızı yaraladılar

Ermənilər 15 yaşlı azərbaycanlı məktəbli qızı yaraladılar

Bölmə: Xəbər
Ermənilər 15 yaşlı azərbaycanlı məktəbli qızı yaraladılar

Ermənistan ordusu təmas xəttinin digər istiqamətləri ilə yanaşı Gədəbəy istiqamətində də ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə tutmaqdadır.

Virtualaz.org xəbər verir ki, bu gün günorta Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, XI sinif şagirdi Tağıyeva Şəlalə həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ş.Tağıyevanın valideynlərinin verdiyi məlumata görə, erməni gülləsi qızın ayağından dəyib, yaralı Gədəbəy Rayon Mərkəzi xəstəxanasına aparılıb və orada ona tibbi yardım edilib.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun “Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yerləşir. Kənd sakinlərinin bildirdiyinə görə ermənilər neçə gündür ki, müntəzəm olaraq kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri atəşə tutur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler