Avropa Oyunlarının açılış və bağlanış mərasimi 100 milyon manata başa gələcəkBölmə: MANŞET
“Bakı-2015” I Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri dövlət büdcəsinə 100 milyon manatdan da az vəsaitə (95 milyon dollar) başa gələcək. Virtualaz.org saytı xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. A.Rəhimov Rusiyanın TASS agentliyinə müsahibəsində bildirib ki, Avropa Oyunlarının bütün büdcəsi planda nəzərdə tutulmamış xərclərlə birgə 1,174 milyard manat (1,12 milyard dollar) təşkil edib. Bundan əvvəl bir çox KİV-lər TASS-a istinadən belə xəbər yaymışdılar ki, açılış və bağlanış mərasimlərinə üst-üstə guya 240 milyon manat (229 milyon dollar) xərclənəcək. A.Rəhimov bildirib ki, bu mərasimlər üçün əlavə vəsait cəlb etməyə ehtiyac olmayıb, xərclər isə 100 milyon manata qədər təşkil edib. Qeyd edək ki, I Avropa Oyunlarının iyunun 28-də Bakı Olimpiya Stadionunda keçiriləcək. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|