» » Olimpiya Stadionu sınaqdan keçirildi

Olimpiya Stadionu sınaqdan keçirildi

Bölmə: Xəbər
Olimpiya Stadionu sınaqdan keçirildi
Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Bakı Olimpiya Stadionunun mayın 9-da hazırlıq vəziyyəti sınaqdan keçirilib.


“Xalqinfo” AzərTac-a istinadən xəbər verir ki, sınaq tədbirində çıxış edən gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Azərbaycan paytaxtının belə mötəbər idman tədbirinə ev sahibliyi etməsini ölkəmizin daha bir böyük uğuru kimi qiymətləndirib.

Oyunlar zamanı bütün Avropanın diqqətinin Bakıya yönələcəyini vurğulayan nazir bu böyük idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinin və Əməliyyat Komitəsinin yorulmadan çalışdığını diqqətə çatdırıb. Azad Rəhimov hazırlıq işlərində yaxından iştirak edən könüllülərə minnətdarlığını bildirib, belə bir tədbirin təşkilində onların iştirakının həmin gənclərə böyük təcrübə qazandırdığını söyləyib.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə, həmçinin stadiona daxil olan 2015-ci şəxsin açılış mərasiminə ikinəfərlik biletlə mükafatlandırılacağı elan edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler