» » Ələt-Astara yolunda maşın aşdı -

Ələt-Astara yolunda maşın aşdı - 1 nəfər öldü

Bölmə: Kriminal
Ələt-Astara yolunda maşın aşdı -
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Dayıkənd kəndi ərazisində "Mercedes" markaklı, 90-BA-452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticəcədə sürücü, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Telman oğlu Xanməmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişinlər - Cəlilabad sakinləri, 1961-ci il təvəllüdlü Nigar Əziz qızı Abışova, 1976-cı il təvəllüdül Fiqurə Əziz qızı Quliyeva, 1946-cı il təvəllüdlü Telman Qulam oğlu Quliyev və 1954-cü il təvəllüdlü Vəsmə Xanoğlan qızı Quliyeva xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirliblər. Onların həyətı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler