» » AzTV-nin qadın əməkdaşını maşın vurub öldürdü

AzTV-nin qadın əməkdaşını maşın vurub öldürdü

Bölmə: Kriminal, BLOK XƏBƏR
AzTV-nin qadın əməkdaşını maşın vurub öldürdü
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşını maşın vurub.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Parlament prospektində baş verib. Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler