Canavarlar mal-qaraya hücum etdi - UCARDABölmə: Kriminal
Ucar rayonunda canavarlar mal-qaraya hücum edib. Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kənd ərazisində yerləşən otlaq sahəsində baş verib. Kənd sakini Mahmud Səlimovun fərdi təsərrüfatındakı iri buynuzlu heyvana gündüz saatlarında hücum edən canavar bir baş inəyi parçalayaraq tələf edib. Hadisədən bir gün əvvəl isə kəndin digər sakini Arif Qənbərovun fərdi təsərrüfatındakı mal-qaraya hücum edən vəhşi heyvanlar bir baş inəyini və qonşunun iki baş xırda buynuzlu heyvanını yaralayıblar. Sakinlər analoji hadisələrin tez-tez baş verdiyini, bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|