Araz kursundan yeni xəbər - VideoBölmə: KİTAB ALƏMİ, BLOK XƏBƏR
![]() Türk liseylərində təhsil alan şagirdlərin yerləşdirilməsində problem olmayacaq. ans tv-nin məlumatına görə, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə aid olan ümumtəhsil məktəbləri və Araz kurslarında təhsil alan şagirdlər və çalışan pedoqoji heyətin yerləşdirilməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan işçi qrupu artıq işlərə başlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, Azəbaycan Beynəlxalq Təhsil Kompleksinə aid olan bu müəssisələrdə 3200 şagird təhsil alırdı və 500-ə yaxın müəllim çalışırdı. 11 təhsil müəssisəsində şagirdlər 7-ci sinifdən, 1 gimnaziyada isə şagirdlər 1-ci sinifdən bu məktəblərdə təhsil alırdılar. Azərbaycanın müxtəlif bölgələrində yaxşı təhsil müəssisələrinin olduğunu deyən Cəsarət Valehov həmin təhsil müəssisələrində oxuyan şagird və çalışan müəlimlərin yerləşdirilməsində heç bir problem olmayacaqğını deyib. “Şəki, Ağdaş, Quba, Gəncə və Lənkəranda da bu təhsil müəssisələri fəaliyyət göstərirdi və orada oxuyan şagirdlərin yerləşdirilməsində problem olmayacaq. Biz şagirdləri və onların valideynlərini əmin etmək istəyirik ki, həmin təhsil müəssisələrinin yerləşdiyi bölgələrdə kifayət qədər yaxşı təhsil mərkəzləri var və bu təhsil mərkəzlərinin reytinq göstəriciləri Azərbaycanın müxtəlif bölgələrində yaxşı qiymətləndirilib. Şagirdlərin seçiminə uyğun olaraq həmin şagirdlər orada yerləşdiriləcəklər". Təsisçilərin qərarına əsasən, Araz kursla ilə yanaşı Ağdaş, Bakı, Quba, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan liseyləri həmçinin Dədə Qorqud və Qafqaz Gimnaziyalarının bağlanması nəzərdə tutulur. Beynəlxalq Təhsil Kompleksinə aid olan bu müəssisələrdə 3200 şagird təhsil alırdı və 500-ə yaxın müəllim çalışırdı. Bağlanan 11 təhsil müəssisəsində şagirdlər 7-ci sinifdən, gimnaziyada isə 1-ci sinifdən təhsil alırdılar. Cəsarət Valehovun sözlərinə görə, liseylərdə təhsil alan və işləyən şəxslərin hüquqları və mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Növbəti 2 ay ərzində isə pedoqoji heyətin yerləşdirilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Artıq növbəti dərs ilində bütün şagird və müəlimlər yerləşdiriləcəklər. Araz kurslarının fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək. Təhsil Nazirliyi Dövlət məktəblərinin kifayət qədər şagird qəbul etməyə imkan və şəraitinin olduğunu da bildirir. |
XƏBƏR LENTİ
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
16.03.23 16:02 | Azərbaycan və Türkiyə həmişə bir-birinin yanında olacaq!
16.03.23 15:55 | "Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən hələ tam çıxarmayıb" - Dövlət başçısı
16.03.23 11:44 | Rüfət Səfərova küçədə hücum edildi
16.03.23 11:41 | "5-ci kolon"un lideri Paşinyan özüdür" - Erməni general
15.03.23 18:24 | Bakı Avtovağzalına yeni direktor təyin edildi
15.03.23 17:34 | Bu şəxslər oruc tutmamalıdır
15.03.23 16:41 | Baş prokuror İsmayıllıda vətəndaşları qəbul etdi
15.03.23 16:37 | Tatlısəs Bakıya gəlir
15.03.23 14:59 | AB Mişa üçün təyyarə, heyət hazırladı
15.03.23 14:49 | DTX-nin həbs etdiyi əcnəbi kimdir?
15.03.23 14:45 | Özbəkistanda prezidentlik müddəti uzadılır
15.03.23 14:36 | Əvəz Zeynallı ilə bağlı istintaq yekunlaşdı
15.03.23 14:33 | Ramazan ayının TƏQVİMİ - FOTO
|