» » "Bu, böyük gəlir deməkdir" -

"Bu, böyük gəlir deməkdir" - İlham Əliyev

Bölmə: İqtisadiyyat
"Bu, böyük gəlir deməkdir" -
Xəbər verdiyimiz kimi, noyabrın 2-də “Avronyus” telekanalının “Fokus” verilişində Bakı-Tiflis-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb.

Xalqinfo.az həmin reportajı təqdim edir:

“Avronyus”un müxbiri: Azərbaycan, Türkiyə prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini yekunlaşdırdılar. Onun təntənəli açılışı oktyabrın 30-da baş tutdu. 846 kilometr nəqliyyat yolları. Bu, qədim İpək Yolunun ən uzun sahəsidir. Yolun tikintisi praktiki olaraq 4 milyard dollara başa gəldi. Proqnozlara əsasən, 2034-cü ilədək bu relslərlə ildə 17 milyon tonadək yük daşınacaq.

Azərbaycan Prezidenti İlham Əliyev: Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Şübhəsiz ki, sərnişin daşınmasının strateji və sosial-iqtisadi mənası var.

“Avronyus”un müxbiri: Sərnişin qatarları ildə 3 milyonadək insanı daşıya bilər. Onlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2018-ci ildə hərəkətə başlayacaq. Perspektivdə turizmin güclü inkişafı gözlənilir. Bundan başqa, Avropa və Asiya daha yaxın olacaq və qarşılıqlı fəaliyyət üçün daha çox imkanlar yaranacaq.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili: Layihə təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər sıx olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar.

“Avronyus”un müxbiri: Tarixi an - ilk yük qatarı Bakının Ələt limanını tərk edərək artıq Türkiyəyə yol alır. Bu vaqonlarda 3200 ton taxıl var. İndi digər müştərilərlə danışıqlar gedir. Bir çoxlarını sürət cəlb edir. Əgər əvvəllər Çindən Avropaya bəzi yüklər bir aydan çox müddətə çatırdısa, indi söhbət yalnız iki həftədən gedir.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov: Taxıl var, Rusiya metalı var, Rusiya taxta-şalbanı var, Çin yükləri var... Biz hesabladıq, 5 milyon tona yaxın yük var. O, artıq gəlib çatır.

“Avronyus”un müxbiri: Artıq digər ölkələr, o cümlədən Qazaxıstan, Türkmənistan, Pakistan, Çin və Hindistan Bakı-Tiflis-Qars layihəsində iştirak etmək istəklərini bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler