Bakı-Tiflis-Qars dəmir yolu xəttində ilk səfər sentyabrda olacaq - FotolarBölmə: İqtisadiyyat
Türkiyənin əsrlik proyektlərindən biri olaraq görülən böyük proyekt Bakı-Tiflis-Qars dəmiryolu xəttində işlər sürətlə davam edir. Xalqinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, proyektin Türkiyə hissəsinin tamamlanmaq üzrədir. Relslərin də döşənməsinin ardından dəmiryolu xəttinə endirilən lokomotiv və vaqonlarla ilk sınaq həyata keçirilib. Sınaq sürüşünə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri Cavid Qurbanov, Gürcüstan Dəmir Yolları sədri Mamuka Bakhtadze, Qazaxıstan Dəmir Yolları rəhbəri Kanat Alpispayev birlikdə qatılıblar. Əhməd Arslan, ilk səfərin sentyabr ayında həyata keçiriləcəyini bildirib: “Bu yoldan Çinə qədər gedilə bilinəcək. Türkiyə üzərindən keçən hər qatar pul ödəyəcək. Bu yol ilə ildə 34-35 milyon ton yük daşıya biləcəyik. Bu rəqəm hər il daha da artacaq. Çindən gedən hər bir yük Londona çata biləcək” deyib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|