» » Beynəlxalq Bankdan polis işçiləri üçün endirimli kredit kampaniyası

Beynəlxalq Bankdan polis işçiləri üçün endirimli kredit kampaniyası

Bölmə: İqtisadiyyat
Beynəlxalq Bankdan polis işçiləri üçün endirimli kredit kampaniyası
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı polislərimizin peşə bayramı münasibətilə onlar üçün özəl sürpriz hazırlayıb. 2 iyul “Polis günü” ərəfəsində start verilən kampaniya çərçivəsində bankın maaş kartına sahib asayiş keşikçilərimiz nağd pul kreditini bu bankdan 2% endirimlə əldə edə bilərlər.

Kampaniya 30 iyun – 14 iyul müddətində keçərlidir.

Kampaniyanın özəllikləri:

Kreditin məbləği - 15.000 manatadək

Kreditin müddəti - 36 ayadək

İllik faiz dərəcəsi - 2% endirimlə

3000 manatadək ZAMİNSİZ

Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler