» » ABB İpoteka Fondunun müvəkkil bankı oldu

ABB İpoteka Fondunun müvəkkil bankı oldu

Bölmə: İqtisadiyyat
ABB İpoteka Fondunun müvəkkil bankı oldu
“Azərbaycan İpoteka Fondu” ASC Azərbaycan Beynəlxalq Bankını ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil banklar siyahısına daxil edib.

Xalqinfo” xəbər verir ki, ipoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimum həcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8%-lə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4%-lə 30 ilə qədərdir. Daha ətraflı: https://www.ibar.az/fiziki-sexslere/ipoteka-kreditleri-aif/

İpoteka krediti almaq üçün müştərilər https://e-ipoteka.az/ Elektron İpoteka Portalında əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.


Xalqinfo.az



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler