» » “Azərbaycan büdcəsinə 50 milyona qədər vəsait gətirə bilər”

“Azərbaycan büdcəsinə 50 milyona qədər vəsait gətirə bilər” Nazir

Bölmə: İqtisadiyyat
“Azərbaycan büdcəsinə 50 milyona qədər vəsait gətirə bilər”
“Ticarət festivalının xərclərini Mədəniyyət və Turizm Nazirliyi çəksə də, gəlirlər nazirliyə gəlməyəcək. Festivaldan əldə edilən vəsait birbaşa dövlət büdcəsinə daxil olacaq”.

Xalqinfo.az xəbər verir ki, bunu bu gün Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Ə.Qarayev deyib ki, hesablamalara əsasən iki ticarət festivalının keçirilməsi Azərbaycan büdcəsinə 50 milyon manata qədər əlavə vəsait gətirə bilər:

“Ümumi xərclər isə bu günə kimi 500 min manatı keçməyib. Əsas xərclər reklama, loqolara xərclənib. Rusiya bazarında, ərəb ölkələrində, ölkəmizdə media bazarında təbliğat işləri getməlidir. Sözsüz ki, bunlar hamısı pulsuz deyil. Rəqəmlər münasibdir. Bir milyon xərcləyib, büdcəyə 50 milyon daxil edə biliriksə, deməli, bu işi görməyə dəyər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler