» » Mərkəzi Bankın idarə heyətinə üzvlüyə namizədlər müzakirə ediləcək

Mərkəzi Bankın idarə heyətinə üzvlüyə namizədlər müzakirə ediləcək

Bölmə: İqtisadiyyat
Mərkəzi Bankın idarə heyətinə üzvlüyə namizədlər müzakirə ediləcək
Fevralın 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlcə komitə sədri Ziyad Səmədzadə gündəlikdəki səkkiz məsələ barədə məlumat verib.

Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə üzv seçilməsi ilə bağlı üç nəfərin namizədliyi Prezident [url=http://xalqinfo.az]İlham Əliyev [/url]tərəfindən irəli sürülüb. Onlar Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevdir. Komitənin bu insanlar haqqında müsbət rəyi var.

Komitə üzvləri təklif olunan namizədlərin peşəkar iqtisadçılar və bank mütəxəssisləri olduqlarını qeyd ediblər.

Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler