» » Elman Rüstəmov yenidən namizəd oldu

Elman Rüstəmov yenidən namizəd oldu

Bölmə: BLOK XƏBƏR, MANŞET
Elman Rüstəmov yenidən namizəd oldu
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə iki üzv seçiləcək.


“Xalqinfo” xəbər verir ki, Milli Məclisdən (MM) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı MM-in aprelin 3-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında" layihə müzakirə olunacaq. Belə ki, həmin məsələ iclasın gündəliyinə martın 29-da daxil edilib.

Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə iki nəfərin namizədliyi irəli sürülüb. Bu şəxslər Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmov, digəri isə onun müavini Xəqani Abdullayevdir.

Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler