» » "AAA" dərəcəli reytinqi olan ölkələrin sayı azaldı

"AAA" dərəcəli reytinqi olan ölkələrin sayı azaldı

Bölmə: İqtisadiyyat
"AAA" dərəcəli reytinqi olan ölkələrin sayı azaldı
“Fitch" beynəlxalq reytinq agentliyindən maksimal - "AAA" dərəcəli reytinqi olan ölkələrin sayı son 14 ildə ən minimal səviyyəyə düşüb.

Xalqinfo.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 2004-2009-cu illərdə "AAA" reytinqinə sahib olan ölkələrin sayı 16 olduğu halda, hazırda 11-ə enib. "Fitch" bu reytinqə sahib olan ölkələrin sayının yaxın iki ildə artacağını gözləmir.

"AAA" reytinqli ölkələrin istiqrazlarının məcmu istiqraz bazarında xüsusi çəkisi də 2007-ci ildəki 48%-dən 40%-dək geriləyib. Ən yüksək reytinqli ölkələrin "stabil" proqnoza sahib olması isə yaxın 12-24 ayda onların reytinqinin dəyişməyəcəyini göstərir.

Agentlik Yaponiyanın 1998-ci ildə "AAA" reytinqini itirdikdən sonra, 2009-cu ildə Avstriya, Finlyandiya, Fransa, İrlandiya, İspaniya və İngiltərənin də eyni vəziyyətlə qarşılaşdığını xatırladıb. Son 10 il ərzində isə "AAA" reytinqinə yüksələn tək ölkə Avstraliya olub.

Maksimal reytinqə Kanada, Danimarka, Almaniya, Lüksemburq, Hollandiya, Norveç, Sinqapur, İsveçrə, İsveç və ABŞ sahibdir.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler