» » Azərbaycana ən çox hansı ölkədən gəlirlər?

Azərbaycana ən çox hansı ölkədən gəlirlər? Siyahı

Bölmə: BLOK XƏBƏR
Azərbaycana ən çox hansı ölkədən gəlirlər?
Bu il ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5761,2 min nəfər olub.

Virtualaz.org Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, onların 10,4%-i Rusiya, 10,1%-i Gürcüstan, 5,2%-i Türkiyə, 2,5%-i İran, 0,9%-i Ukrayna, 0,7%-i Birləşmiş Krallıq, 0,4%-i Qazaxıstan, 0,3%-i Özbəkistan, 0,3%-i Almaniya, 0,2%-i ABŞ, 0,2%-i İtaliya, 0,2%-i Belarus və 2,3%-i digər ölkələrin vətəndaşlarıdır.

Cari ilin ilk altı ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri İngiltərə, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri ABŞ, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır. Bu dövrdə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9%, 29,1%, 15,2% və 7,5% təşkil edib.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçrə, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Macarıstan, Çin vətəndaşlarının sayında isə azalma qeydə alınıb.

Cari ilin I yarısında xarici ölkələrə gedən Azərbaycan

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler