» » Gürcüstan Rusiyanın təklifi ilə razılaşmadı

Gürcüstan Rusiyanın təklifi ilə razılaşmadı

Bölmə: İqtisadiyyat
Gürcüstan Rusiyanın təklifi ilə razılaşmadı

Gürcüstan və Rusiyanın Qazprom şirkəti arasında Gürcüstan ərazisindən Ermənistana ötürülən təbii qazın tranzit haqqı barədə danışıqların birinci mərhələsi dekabr ayının ortalarında keçirilib və danışıqlar zamanı tərəflər kompromisə gəlməyiblər. Cari müqavilənin vaxtı dekabrın 31-də başa çatır.

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze tərəflər arasında danışıqların davam edəcəyini bildirib. O deyib ki, ölkəsinin mövqeyi dəyişməz qalacaq:

“Rusiya tranzit haqqı olaraq Gürcüstana verdiyi 10% təbii qazı pulla əvəzləmək istəyir. Gürcüstan isə ölkə ərazisindən nəql olunan təbii qazın tranzit haqqı kimi pul istəmir və təbii qazın 10%-ni istəyir”.

Qeyd olunub ki, Vyanada keçirilən növbəti danışıqların vaxtı hələ məlum deyil.(APA)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler