» » Mərkəzi Bankın ehtiyatları artıb

Mərkəzi Bankın ehtiyatları artıb

Bölmə: İqtisadiyyat
Mərkəzi Bankın ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

Xalqİnfo” "APA-Economics"ə istinadən xəbər verir ki, 2016-cı il noyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4,011 mlrd. dollar təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0,14% və ya 5,5 mln. dollar çoxdur. Noyabr ayının 1-ə tənzimləyicinin tənzimləyicinin ehtiyatları 4 mlrd. 5,5 mln. dollar təşkil edib.

Qeyd edək ki, noyabradək AMB-nin valyuta ehtiyatlarının həcmində iki ay ard-arda azalma müşahidə olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 35,78% və ya 2 mlrd. 234,6 mln. dollar azalma olub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler