Mərkəzi Bank 1238 milyon dollar itiribBölmə: İqtisadiyyat, BLOK XƏBƏR
2014-cü ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 2,3% azalıb. Ehtiyatların həcmi il ərzində 14152.0 milyondan 13758.3 milyon dollara düşüb.”Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. O bildirib ki, MB-nın rəsmi valyuta ehtiyatları artıq 5-ci aydır ki, azalma tendensiyası nümayiş etdirir: ”İyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib. MB-nin valyuta ehtiyatının azalmasının əsas səbəbi Rusiya amilidir. Rusiyada rublun ucuzlaşması həmin ölkədə daşınmaz əmlakın dəyərini ucuzlaşdırdı. Azərbaycanlı sahibkarlar kütləvi şəkildə öz vəsaitlərini dollara çevirərək Rusiyanın əmlak bazarına yönəltdilər”. Ekspertin sözlərinə görə, dekabr ayı manat üçün çox gərgin keçib:”Mərkəzi Bankın gündəlik intervensiyası manatı saxlaya bildi. Mərkəzi Bank təkcə dekabrda bazara 1,2 milyarddan çox dollar çıxartmaq məcburiyyətində qaldı. Rusiya böhranı noyabr-dekabr aylarında Mərkəzi Bankın ehtiyatlarının 10%-ni itirməsi ilə nəticələndi. Proqnozlaşdırdığımız kimi 2015-ci il manatı sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatını xərcləməli olacaq. Bu işə təbii ki, Neft Fondu da qoşulacaq. Neft Fondunun da aktivlərində azalma müşahidə ediləcək. İstənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|