Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindən 30-50 milyard dollar gəlir əldə etməyi planlaşdırırBölmə: İqtisadiyyat, MANŞET
“Cənub Qaz Dəhlizi” (SGC) layihəsinin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Caspian Energy” jurnalına müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov məlumat verib. O qeyd edib ki, bu, ilkin rəqəmlərdir. “Cənub Qaz Dəhlizi” həm Azərbaycanın, həm də regionun iqtisadiyyatının və infrastrukturunun inkişafına imkan yaradır. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Azərbaycan “Cənub Qaz Dəhlizi”nin tərkib hissələrini təşkil edən “Şahdəniz” layihəsi və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) 16,7 faiz, TANAP-da 58 faiz, TAP-da isə 20 faiz paya sahibdir. Kainat Şirin Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|