“Cənub Qaz Dəhlizi” layihəsinə “Türk axını” rəqib deyilBölmə: İqtisadiyyat
“Türk axını” layihəsi Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi” layihəsinə rəqib deyil.Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, bunu SOCAR-ın investisiya departamentinin rəhbəri Vaqif Əliyev bildirib. O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” ilə qazın Avropaya çatdırılması 2019-2020-ci ilə planlaşdırılır. Xatırladaq ki, keçən ilin dekabrında “Cənub axını” layihəsindən imtina etdiyini açıqladı. Bunun əvəzində Türkiyədən keçməklə Yunanıstan sərhədində Cənubi Avropa istehlakçıları üçün qaz habı (ötürücü məntəqə) yaratmağ qərara aldı. Hazırda isə “Qazprom” sədri Yunanıstandadır. O bildirib ki, Yunanıstan ərazisində Avropa-Rusiya konsorsiumu “Türk axını” layihəsini reallaşdıra bilər. Layihənin reallaşmasına 2 milyard avro xərclənməsi nəzərdə tutulur. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|