» » Siyavuş Novruzov devalvasiya haqda-"Hər cibə təsir edəcək..."

Siyavuş Novruzov devalvasiya haqda-"Hər cibə təsir edəcək..."

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Siyavuş Novruzov devalvasiya haqda-"Hər cibə təsir edəcək..."

"Azərbaycanda uzun illər manatın məzənnəsi Mərkəzi Bankın ehtiyatları sayəsində tənzimlənirdisə, artıq bunu etmək qeyri-realdır".

Xalqinfo.az xəbər verir ki, Bunu "Trend"ə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, dollar və avronun bahalaşması təbii haldır və bu, təkcə Azərbaycanda baş vermir. Buna baxmayaraq deputat Mərkəzi Bankın üzən məzənnəyə keçidinin vətəndaşlar üçün də müəyyən problemlər yaradacağını istisna etmir: “Bu, təkcə Azərbaycanda baş verən hadisə deyil. 1 milyard yarım əhalisi olan Çində də, 90 milyon əhalisi olan Türkiyədə də devalvasiya baş verib. Bu - devalvasiyadır, istər-istəməz hər bir cibə təsir edəcək. Amma bu qaçılmaz idi, bunu mütləq həyata keçirməliydik. Bu proses birdən-birə yox, mərhələli şəkildə həyata keçirilib”.

S.Novruzov dollar və avronun bahalaşmasından sui-istifadə edənlərin olduğunu qeyd edib: “Devalvasiyadan sui-istifadə etmək istəyənlər var. Süni bahalaşmanın qarşısı alınmalıdır. Təbii ki, İqtisadiyyat və Sənaye Nazirliyi çox ciddi şəkildə bununla məşğul olmalıdır ki, qiymətlər süni şəkildə artırılmasın. Mən özüm də şahidi olmuşam ki, bir sıra mağaza və dükanlarda satışı dayandırıblar. Bəzi adamlar bundan sui-istifadə etməyə çalışacaq. Hesab edirəm ki, süni qiymət artımının qarşısının alınması və dükanlarda insanların aldadılmaması üçün komissiya yaradılmalıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler