» » “Bakcell” tələbələr üçün müxtəlif imkanlar yaradır

“Bakcell” tələbələr üçün müxtəlif imkanlar yaradır

Bölmə: İqtisadiyyat
“Bakcell” tələbələr üçün müxtəlif imkanlar yaradır“Bakcell” şirkətinin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşüblər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə tələbələr üçün nəzərdə tutulmuş “Smart Start” təcrübə proqramı, CV hazırlanması və iş müsahibələrinə hazırlıq prosesi barədə məlumat verilib. Qeyd olunub ki, “Smart Start” karyeraya başlamaq və ilkin iş təcrübəsinin olmaması səbəbindən işə düzəlməkdə çətinlik çəkən tələbə və məzunlar üçün nəzərdə tutulub. Bu proqram barədə daha ətraflı məlumatı http://www.bakcell.com/az/student-opportunities səhifəsindən əldə etmək olar. Bununla yanaşı, tələbələrə Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən “Applab” proqramı və gənclər üçün geniş imkanlar yaradan digər layihələr barədə məlumat verilib, onların sualları cavablandırılıb. “Applab” layihəsi çərçivəsində sahibkarlar və proqram tərtibatçıları öz ideyalarını daha sürətlə həyata keçirirlər. Bu proqrama qoşulmaq üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.

Tələbələrin maraqlarını nəzərə alaraq “Bakcell” şirkəti belə görüşləri davamlı şəkildə digər təhsil ocaqlarında da keçirməyi planlaşdırır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler