» » Xaricdə təhsil alanlar üçün

Xaricdə təhsil alanlar üçün imkan

Bölmə: Xəbər, Sosial
Xaricdə təhsil alanlar üçün Xaricdə təhsil alan tələbələrə bir sıra dövlət orqanlarında ödənişsiz təcrübə keçmək imkanı yaradılıb.

ANS PRESS-in Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytına istinadən verdiyi məlumata görə, təcrübə imkanı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələrə aiddir. Tələbələr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində göstərilən dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ödənişsiz təcrübə keçə biləcəklər. Təcrübə tələbələrin yay tətilləri müddətində olacaq.

Qeyd edək ki, müraciət etmək istəyən tələbələr Komissiyanın Beynəlxalq əlaqələr sektoruna müraciət edərək (465-87-93 (daxili: 109, 110, 139)) dövlət orqanlarında təcrübə keçmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün ətraflı doldurulmuş tərcümeyi halı n.zeynalova@csc.gov.az elektron ünvanına göndərilməlidir. Qeydiyyat üçün son müraciət tarixi 30 apreldir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler