» » Patimat da qızıl qazandı -

Patimat da qızıl qazandı - Yenilənib

Bölmə: Idman
Patimat da qızıl qazandı -

Bu gün İslam Həmrəylik Oyunlarında taekvondo yarışları davam edəcək.

Xalqinfo” xəbər verir ki, Azərbaycan idmançılarından 4-ü mübarizəyə qoşulacaq.

Kişilər

68 kq çəkidə Ayxan Tağızadə 1/4 finaldan başlayacaq. Onun rəqibi Nurmurat Berkeliyev (Türkmənistan) - Ruhulla Nikpa (Əfqanıstan) cütünün qalibi olacaq.

80 kq-da Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beiqi Harçeqani İyaz Əhməd (Pakistan) - Məcid Almabruk (Səudiyyə Ərəbistan) cütünün qalibi ilə üz-üzə gələcək.

+87 kq-da Rio-2106-nın çempionu Radik İsayev 1/4 finalda pakistanlı Adil Şahla qarşılaşacaq.

Qadınlar

49 kq-da Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova yarımfinaldan yarışa baçlayacaq. O, Layan Cabir (Fələstin) - Yusra Əl-Şükri (Oman) cütünün qalibi ilə yarışacaq.

67 kq-da Fəridə Əzizova 1/4 finalda iranlı Parisa cavadikuçaksareylə üz-üz gələcək.

***

Milad Beiqi Harçeqani 1/4 finalda Səudiyyə Ərəbistandan olan idmançı Məcid Almabruku məğlub edib. O, 21:2 hesablı qələbə ilə yarımfinala adlayıb.

Fəridə Əzizova da iranlı rəqibinə 10:4 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

***

Patimat Abakarova 1/4 finalda Layan Cabirə qalib gələrək yarımfinala adlayıb.

Ayxan Tağızadə əfqanıstanlı Ruhulla Nikpaya 28:14 qalib gələrək yarımfinala adlayıb.

***

Radik İsayev 1/4 finalda Adil Şaha 34:8 hesabı ilə qalib gələrək finala adlayıb.

***

Taekvandoda Patimat Abakarova yarımfinalda Südabə Pursadiqini məğlub edərək finala adlayıb.

***

Qızıl medal uğrunda mübarizədə Patimat Abakarova qazaxıstanlı Aynur Yasbergenova ilə döyüşüb. Final görüşündə də ciddi müqavimətlə üzləşməyən taekvondoçumuz (14:4) İslamiadanı qızıl medalla başa vurub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler