» » Taekvondoçumuz Olimpiya çempionu olub tarix yazdı - Yenilənib

Taekvondoçumuz Olimpiya çempionu olub tarix yazdı - Yenilənib

Bölmə: Idman, MANŞET
Taekvondoçumuz Olimpiya çempionu olub tarix yazdı - Yenilənib

Rio-2016 Olimpiya Oyunlarında taekvondo yarışları da davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün taekvondo yığmamızın sonuncu üzvü də mübarizəyə qoşulacaq.

80 kq çəki dərəcəsində dünya və Avropa çempionumuz Radik İsayev yarışa başlayacaq. O, 1/8 final mərhələsindən mübarizəyə start verəcək.

İdmançımızın ilk rəqibi qazaxıstanlı Ruslan Japarovdur. Qarşılaşma saat 19:45-də start götürəcək.

***

Radik İsayev rəqibinə 11:2 hesabı ilə qələbə qazandı.

***

Radik İsayev Dongmin Ça (Cənubi Koreya) ilə mübarizə apararaq yarımfinal mərhələsinə keçir.

***

Radik İsayev yarımfinalda qalib gəlir və Azərbaycan taekvando tarixinə Olimpiya oyunlarında finala vəsiqə qazanmış ilk idmançı kimi düşür.

***

Final görüşü saat 05:15-də olacaq. İsayevin rəqibisi isə nigerli İssoufou Alfaga Abdoulrazakdır.

***

Radik İsayev finalda nigerli İssoufou Alfaga Abdoulrazakı məğlub edərək Olimpiya çempionu olur. İsayev həm də Olimpiya çempionu olan ilk Azərbaycan taekvandoçusu kimi tarixə düşdü.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler