» » Bakı-2017: Daha bir boksçumuz medalı təmin etdi

Bakı-2017: Daha bir boksçumuz medalı təmin etdi

Bölmə: Idman, GÜNDƏM
Bakı-2017: Daha bir boksçumuz medalı təmin etdi
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 6-ya çatıb.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bu uğura 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da imza atıb.

İlk döyüşündə Hafidz Adli Mohdu (Malayziya) yarışdan kənarlaşdıran təmsilçimiz 1/4 finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş 5:0 hesabı ilə Rəhimovun xeyrinə başa çatıb.

O, yarımfinal qarşılaşmasına sabah çıxacaq. R.Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.

Qeyd edək ki, Raufadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla aşıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler