» » Tamerlan Abdullayev 1/4 finala vəsiqə qazandı

Tamerlan Abdullayev 1/4 finala vəsiqə qazandı

Bölmə: Idman
Tamerlan Abdullayev 1/4 finala vəsiqə qazandı
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında növbəti döyüşlər keçirilir. Azərbaycan millisinin 1/8 finaldakı sonuncu təmsilçisi Tamerlan Abdullayev bu gün rinqə çıxıb.

69 kq çəki dərəcəsində yarışan boksçumuz türkmənistanlı Muhemmetmirat Sahedovu sınağa çəkib. Abdullayev hər 3 raundda rəqibindən üstün olub və yekunda 5:0 hesabı ilə qələbə qazanıb.

O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.

Qeyd edək ki, Tarumalinqam 1/8 finalda qırğızıstanlı Esen Raxmatovu mübarizədən kənarlaşdırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler