Olimpiya çempionu evində ölü tapıldıBölmə: Idman
2010-cu ildə bobsley üzrə olimpiya çempionu adını qazanan amerikalı Stiven Holkomb ABŞ yığmasının Leyk- Plesid şəhərindəki (Nyu-York ştatı) Olimpiya Hazırlıq Mərkəzindəki öz otağında ölü tapılıb. Xalqinfo.az goal.az-a istinadən verir ki, bu barədə ABŞ-ın Olimpiya Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib. Otuz yeddi yaşlı idmançının hansı səbəbdən öldüyü barədə, hələ ki, məlumat verilmir. Holkomb olimpiya çempionu adını Vankuverdə qazanıb. O, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında isə iki bürünc medal qazanmağa müvəffəq olub. Həmçinin onun aktivində dünya çempionatlarının 5 qızıl və 5 bürünc medalı var. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|