» » “Qrupda vəziyyət qızışır” -

“Qrupda vəziyyət qızışır” - Şimali-İrlandiya millisinin üzvü

Bölmə: Idman
“Qrupda vəziyyət qızışır” -

“Qələbə sayəsində Azərbaycanı geridə qoyduq və ikinci pilləyə yüksəldik. Əlbəttə, çox sevinirik. Məncə, 3 xala layiqli oyun sərgilədik. “Xalqİnfo” xəbər verir ki, bu sözlər Şimali İrlandiya millisinin üzvü Conni Evansa məxsusdu.

Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsində öz meydanında Azərbaycanı 4:0 hesabı ilə məğlub edib.

Matçdan sonra yerli mətbuata açıqlama verən təcrübəli futbolçu fikirlərini bildirib. Evans Azərbaycanı stantdart vəziyyətlərdə üstələdiklərini deyib: "Düşünürəm ki, üstünlüyümüz standart vəziyyətlərdə idi. Qollarımızın bir neçəsini belə vurmağımız buna sübutdu. Ən vacib məqam isə ilk dəqiqələrdən güclü pressinq tətbiq edib, rəqibi təzyiq altında saxlamaq idi. Fikrimcə, bunun bizə xeyli köməyi dəydi”.

“Vest Bromviç”in futbolçusu qrupdakı son durum və qarşıdakı oyunları haqda da danışıb: “Qrupda vəziyyət mürəkkəbləşib. Çexiya öz meydanında Norveçi, Almaniya isə səfərdə San Marinonu məğlub etdi. Həqiqətən də mürəkkəb durumdu, get-gedə qrupda vəziyyət qızışır. Artıq Azərbaycanla oyunu unudub, qarşıdakı çətin oyunlarımıza hazırlaşmalıyıq”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler