» » “Bizi Azərbaycanla çətin oyun gözləyir” -

“Bizi Azərbaycanla çətin oyun gözləyir” - Onil

Bölmə: Idman
“Bizi Azərbaycanla çətin oyun gözləyir” -

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya noyabrın 11-də Azərbaycan millisini qəbul edəcək.

Xalqİnfo” xəbər verir ki, “Belfast Telegraph”a açıqlama verən Şimali İrlandiya millisinin baş məşqçisi Martin Onil yığmamızla oyundan danışıb:

"Bizi Azərbaycanla çətin oyun gözləyir. Üstəlik, onlar qrupda heç kimin gözləmədiyi halda 2-ci yerdə qərarlaşıblar. Rəqibin oyunlarını izləmişəm, güclü müdafiə xəttləri var və kompakt şəkildə oynayırlar"

Onil “Vest Bromviç”in müdafiəçisi Kris Brant və “Uiqan”ın forvardı Uill Qriqqin yenidən yığmaya çağırılmasından da danışıb:

“Brant son zamanlar yaxşı formadadır. O, Premyer Liqada çıxış edən futbolçudur. Həmçinin Qriqq də son zamanlar daha yaxşı çıxış edir”.

Qeyd edək ki, yığmamızla noyabrın 11-də qarşılaşacaq Şimali İrlandiya millisi 4 gün sonra Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler