"Bavariya" "Barselona" ilə qarşılaşacaqBölmə: Idman
![]() Gecənin yeganə oyununda "Bavariya" "Barselona"nı qəbul edəcək. Münhendəki "Alyans Arena"da baş tutacaq oyunda ədaləti ingilis FIFA referisi Mark Klattenburq qoruyacaq. Komandalar arasında "Nou Kamp"da baş tutan ilk oyunda "Barselona" 3:0 hesablı qələbə qazanıb. İndi Pep Qvardiola doğma meydanda sabiq komandasından qisas almalıdı. Qeyd edək ki, yarımfinalın digər oyunu sabah keçiriləcək. "Real" ilk oyunda 1:2 hesabı ilə yendiyi "Yuventus"u qəbul edəcək. Çempionlar Liqası 1/2 final Cavab oyunu 12 may 23.45 Bavariya (Almaniya) - Barselona (İspaniya) İlk oyun - 0:3. Hakimlər: Mark Klattenburq, Simon Bek, Cake Kollin, Stuart Burt (İngiltərə). Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (İngiltərə). Münhen. "Alyans Arena". Mənbə ANS PRESS |
|