» » Messi Noyerin cavabını belə verdi

Messi Noyerin cavabını belə verdi

Bölmə: Idman
Messi Noyerin cavabını belə verdi"Barselona"nın futbolçusu Lionel Messi "Bavariya"nın qapıçısı Manuel Noyerin cavabını meydanda öz oyunu ilə verib.

qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, alman qolkiper Çempionlar Liqasının yarımfinalında Kataloniya klubu ilə oyun öncəsi kimin güclü olduğunu sübut edəcəklərini söyləmişdi:

"Messinin uğurlarına hörmət edirəm. Ancaq biz meydanda kimin daha güclü olduğunu göstərəcəyik. Almaniya millisi ilə dünya çempionatının finalında Argentinaya qarşı matçda onlardan üstün olduğumuzu sübut etmişdik".

Argentinalı hücumçu Noyerə oyundan öncə cavab verməmişdi. Amma o, sözünü meydanda deyib. Messi Münhen klubuna qarşı matçda Noyerin qoruduğu qapıdan iki qol keçirərək alman qolkiperi məyus edib.

Qeyd edək ki, "Barselona" - "Bavariya" görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler