Londonda erməni səfirliyi qarşısında aksiya - FotoBölmə: GÜNDƏM
Ermənistanın son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar işğalçı ölkənin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. “Xalqinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin terrorçu əməllərini qınayan əcnəbilər də iştirak ediblər. Əllərində həmvətənlərimizin həlak olması və ermənilərin terrorçu siyasətləri ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Qarabağ Azərbaycanındır” və “Siz uşaq qatillərisiniz” kimi şüarlar səsləndiriblər. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|