Ermənilərin yaraladığı qadın haqda son xəbərBölmə: GÜNDƏM
Ötən gün ermənilərin Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın döş qəfəsində çoxsaylı qəlpə yaraları olub, süd vəziləri travmatik zədələnib. “Xalqinfo”nun məlumatına görə, bu barədə Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib. Onun sözlərinə görə, artıq S.Quliyeva əməliyyat olunub. Hazırda onun sağlamlığı üçün təhlükə yoxdur. S.Quliyevanın sağlamlıq vəziyyəti orta ağır qiymətləndirilir və stabildir. N.Şükürov qeyd edib ki, vəziyyəti nəzərə alınmaqla, S.Quliyeva yaxın 2 gün ərzində yerləşdiyi hərbi hospitaldan Füzuli Rayon Mərkəzi Xəstəxanasına köçürülə bilər. Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|