Rusiyaya 14 bomba qoyulduBölmə: Dünya
Rusiya polisinin növbətçi hissəsinə yarım saat ərzində paytaxt Moskva da daxil olmaqla ölkənin 14 şəhərində vağzala bomba qoyulması barədə məlumat daxil olub. Xalqinfo.az lent.az-a istinadən bildirir ki, bu barədə “RİA Novosti”-yə Moskvanın hüquq-mühafizə qurumlarındakı mənbə bildirib. “Saat 18.55-dən 19.30-dək (Bakı vaxtı ilə 19.55-dən 20.30-dək) “02” xidmətinə Moskva, Samara, Orenburq, Omsk, Nijni Novqorod, Penza, Novosibirsk və Kazan daxil olmaqla Rusiyanın 14 şəhərində vağzala bomba qoyulması barədə məlumat daxil olub”, deyə mənbə bildirib. “Zənglər, əsasən, Ukraynadan daxil olub. Söhbət dəmiryolu vağzallarından gedir. Moskvadakı Leninqrad dəmiryolu vağzalında yoxlama aparılır”, deyə mənbə əlavə edib. Son məlumata görə, hüquq mühafizə orqanları vağzallarda partladıcı qurğu aşkar etməyib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|