Bakıda mertoya bomba qoydularBölmə: Xəbər
![]() Bkıda metroya bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub. Xalqinfo.az xəbər verir ki,bunu ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumata verib, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs “102” xidmətinə zəng edərək "“28 May” stansiyasının yanına bomba qoymuşuq” deyə bildirib. Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən şəxs, Mingəçevir şəhər sakini, 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub. Onun sərxoş halda olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. |
|