NATO Baş katibi Rusiyaya xəbərdarlıq edib: “Nüvə ritorikası məsuliyyətsiz və təhlükəlidir”Bölmə: Dünya
“Kremlin “nüvə ritorikası” məsuliyyətsiz və təhlükəlidir”. “Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın "Welt" nəşrinə müsahibəsində deyib. O bildirib ki, Rusiyanın nüvə silahından istifadə ehtimalı azdır: “Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək olmaz. Deməli, bu savaşı başlatmaq da olmaz”. Bununla yanaşı, Y.Stoltenberq qeyd edib ki, NATO Moskvanın hərəkətlərini diqqətlə izləməkdə davam edir. Onun sözlərinə görə, hazırda Rusiya nüvə qüvvələrində heç bir dəyişiklik yoxdu: “Əks halda biz mütləq reaksiya verərdik”. Xatırladaq ki, Ukrayna Prezident Ofisinin qənaətinə görə, Moskvanın nüvə şantajı sadəcə boş hədələrdir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|