» » ABŞ və Qərbin Rusiyaya qarşı savaşı həlledici mərhələyə keçir: "Diplomatik qalmaqal" böhranı daha da dərinləşdirə bilər

ABŞ və Qərbin Rusiyaya qarşı savaşı həlledici mərhələyə keçir: "Diplomatik qalmaqal" böhranı daha da dərinləşdirə bilər

Bölmə: Xəbər, Siyasət, MANŞET
ABŞ və Qərbin Rusiyaya qarşı savaşı həlledici mərhələyə keçir: "Diplomatik qalmaqal" böhranı daha da dərinləşdirə bilər
Kreml ABŞ-dan sonra Almaniya, Polşa və İsveçi də öz ittihamlarına hədəf seçib; ABŞ və Qərb isə mövcud situasiyanı yumşaltmaq niyyətlərindən uzaq olmaqla yanaşı, Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların tətbiqini müzakirə etməyə başlayıb...
Rusiya narahat dövrə keçid edib. Belə dövrlər Rusiyada əvvəllər də olub. Yəni, bu, Kreml üçün tanış olmayan situasiya deyil. Və Rusiyanın belə situasiylardan çıxmaq üçün müəyyən təcrübəsi də var.

Ancaq istənilən halda, indiki situasiyada Kremlin narahat ola biləcəyi önəmli məqamlar da diqqəti çəkir. Belə ki, Rusiyanın yüksək siyasi dairələri aşağıların etiraz aksiyalarına bir qədər hazırlıqsız yaxalanmış kimi görünür.

Məsələ ondadır ki, Rusiya tarixi əhalinin etiraz dalğası ilə zəngin olsa da, son onilliklərdə bu superdövlət daha çox sabitlik dövrünə vərdiş etmişdi. Çünki Yeltsin Rusiyası adətən, kütləvi etiraz aksiyaları və ölkədaxili separatizmin böhranlı həddə çatdığı mərhələ kimi xatırlanır. Və həmin mərhələdə Rusiyanın bir neçə dövlətə parçalana biləcəyi ilə bağlı ehtimallar gündəmin əsas müzakirə mövzuları sırasında yer alırdı.

Ancaq sonradan bu mərhələ durduruldu və Rusiya təxminən 20 illik sabitlik və stabillik dövrünə keçid etdi. Şübhəsiz ki, Rusiyanın yenidən güclənərək, dünyanın siyasət məkanında öz mövqelərini qismən də olsa, bərpa edə bilməsi birmənalı şəkildə indiki prezident Vladimir Putinin adı və fəaliyyəti ilə bağlıdır. Prezident Vladimir Putin Rusiyanın müasir tarixində xüsusi yeri olan bir siyasi xadimdir. Və o, həm də dünya siyasət tarixinin ən önəmli nəhəng dövlət lideri sırasında yer alır.
ABŞ və Qərbin Rusiyaya qarşı savaşı həlledici mərhələyə keçir: "Diplomatik qalmaqal" böhranı daha da dərinləşdirə bilər
Əlbəttə, dünya siyasət məkanında "prezident V.Putin və Rusiya" modelindən qıcıq olurlar. Əslində, bu, səbəbsiz də deyil. Çünki, Yeltsin Rusiyası dövrünün sonlarına doğru Kremlin beynəlxalq rəqibləri nəhayət ki, bu superdövlətin parçalanacağı günün çox da uzaqda olmadığını düşünüb, məmnunluqla əllərini ovuşdururdular. Ancaq onlar bundan artığına nail ola bilmədilər.

Məsələ ondadır ki, heç kimin hesabında olmayan bir vaxtda gözlənilmədən hakimiyyətə gələn prezident V.Putin Rusiyanın beynəlxalq rəqiblərinin məmnunluq duyğusunu məyusluqla əvəzləməyi bacardı.

Əvvəlcə ölkədə nizam-intizamı bərpa etdi. Kriminal mafiya qruplaşmalarının ölkənin siyasi həyatına təsirini aradan qaldırdı. Güclü dövlət idarəçilik sistemi formalaşdırdı. Rusiyanı oliqarxların əsarətindən xilas etdi. Separatizm meyllərini tamamilə silib-süpürdü. Və bununla da Rusiyada uzunmüddətli sabitlik dönəmi başladı.

Təbii ki, güclü və beynəlxalq siyasət məkanında mövqelərini bərpa etmiş Rusiya ABŞ və Qərbə ciddi problemdir. Xüsusilə də, Rusiyanın Avropa Birliyi dövlətləri üçün əsas enerji resursları qaynağı olduğunu nəzərə aldıqda, Kremlin dünyada cərəyan edən proseslərə təsir imkanları ilə öz rəqiblərinin "başağrısı"na çevrildiyini də düşünmək olar.

Ona görə də, Rusiyanın dünya siyasət məkanındakı rolunun məhdudlaşdırılması istiqamətində müxtəlif ssenarilərin qurulması qətiyyən təəccüblü deyil. Hələlik həmin ssenarilərin yalnız bir qismi reallığa çevrilməyə başlayıb.
ABŞ və Qərbin Rusiyaya qarşı savaşı həlledici mərhələyə keçir: "Diplomatik qalmaqal" böhranı daha da dərinləşdirə bilər
Məsələ ondadır ki, beynəlxalq rəqibləri Rusiyanın Qərbə çıxışını qapatmağa çalışırlar. Rusiyanın Qərb sərhədlərini NATO hərbi bazaları ilə nəzarət altına almağa hər halda, nail olublar. İndi bu proses tədricən Qara dəniz bölgəsinə doğru sıçradılmış kimi görünür. Və bu prosesdə Ukrayna faktoru böyük önəm daşıyır.

Növbəti mərhələdə Rusiyanın bloklanması ilə bağlı cəhdlərin Cənubi Qafqaza keçiriləcəyi isə qətiyyən şübhə doğurmur. Ermənistanda Soros Fondunun fəaliyyəti ilə Paşinyan hakimiyyətinin iş başına gətirilməsi də buna hazırlıq xarakteri daşıyırdı. Ancaq Azərbaycanın qalib gəldiyi son savaşdan sonra Rusiyanın Cənubi Qafqazda situasiyanı hələlik öz xeyrinə dəyişə bildiyi də inkaredilməz reallıqdır.

Bununla belə, ABŞ və Qərbin Rusiya ilə hesablaşma prosesi dayanmayıb. Əksinə, bundan sonra daha intensiv xarakter ala biləcəyi qətiyyən istisna deyil. Hər halda, Bayden administrasiyasının Ağ Evə yerləşməsindən sonra Rusiyaya yönəlik beynəlxalq təzyiqlərin daha da artdığı açıq-aşkar müşahidə olunur. Və Kremlin küncə sıxışdırılması prosesinin Rusiyanın içərisinə keçirilməsinə cəhd göstərildiyi müşahidə edilir.

Məsələ ondadır ki, indiyə qədər Kremlin siyasi iradəsinin Rusiyanın sərhədləri daxilində bloklanmasına can atılırdı və buna müəyyən mənada, nail olunub. İndi ABŞ və Qərbin prosesləri birbaşa Rusiya sərhədləri içərisindən idarə etməyə çalışdığı nəzərə çarpır. Belə ki, son vaxtlar Rusiya daxilində situasiyanın gərginləşdirilməsinə, bu ölkənin idarəedilməz vəziyyətə salınmasına cəhd göstərilir.

Onu da qeyd edək ki, pandemiya dönəmi bu hədəfə çatılması baxımından, ABŞ və Qərbin əsas müttəfiqi rolunda çıxış edir. Çünki, epidemiya ucbatından insanların rifah halının mənfi keyfiyyət qazanması Rusiyada da əhalinin Putin hakimiyyətindən narazılığını nisbətən artırıb. Buna əmin olmaq üçün son rəy sorğularına diqqət etmək yetərlidir.
ABŞ və Qərbin Rusiyaya qarşı savaşı həlledici mərhələyə keçir: "Diplomatik qalmaqal" böhranı daha da dərinləşdirə bilər
Məsələ ondadır ki, "Prezident Vladimir Putinə güvənirsinizmi" sualı ilə keçirilən sorğuda iştirak edənlərin yalnız 29 faizi müsbət cavab verib. Halbuki buna qədər belə sorğularda analoji sualların cavabında Kreml sahibinə dəstək verənlərin sayı 65-70 faiz arasında dəyişirdi. İndisə bu göstəricinin ciddi şəkildə aşağı düşdüyü məlum olub.

Təbii ki, bu, Kreml üçün o qədər də məmnunedici nəticə deyil. Çünki, belə vəziyyət ölkədaxili sabitliyin pozula biləcəyinə yönəlik təhlükəni nisbətən artırmış olur. Və Rusiyanın yüksək siyasi dairələri də xarici müdaxilənin kifayət qədər təhlükəli səviyyədə olmasından ciddi şəkildə narahatdır.

Xüsusilə də, "Novalniy qalmaqalı" Kremldə xüsusi həssaslıqla diqqətə alınmaqdadır. Hər halda, Kreml bir bloqqerin Rusiyada sabitliyin pozulmasında maraqlı olanlar üçün hərəkətverici faktora çevrilməsinə imkan vermək niyyətində deyil.

Hələlik bu bloqqerin 3,5 il müddətinə ölkənin siyasi həyatına təsir imkanlarından məhrum edilməsinə yönəlik addımlar atılıb. Halbuki, bu, qətiyyən yetərli olmaya da bilər.

Hər halda, Rusiyanı qarışdırmağa çalışan xarici ssenaristlərin öz planlarını sadəcə, bir bloqqer üzərindən qurduğunu düşünmək sadəlövhlük olardı. Və ehtiyat variantların mütləq hazırlandığı qətiyyən istisna edilmir.

Şübhəsiz ki, bu ehtimal Kremldə də nəzərdən keçirilməmiş deyil. Ona görə də, xarici müdaxilə cəhdlərinin müəlliflərinə və iştirakçılarına qarşı bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışılır. Bunların sırasında bəzi dövlətlərin Rusiyanın daxili işlərinə qarışmaqda suçlanması önəmli yer tutur. Həmin dövlətlərin sırası isə yalnız ABŞ ilə məhdudlaşmır.
ABŞ və Qərbin Rusiyaya qarşı savaşı həlledici mərhələyə keçir: "Diplomatik qalmaqal" böhranı daha da dərinləşdirə bilər
Məsələ ondadır ki, Kreml yeni "günahkarlar"ın siyahısını açıqlayıb. Belə "günahkarlar"ın sırasında Almaniya, Polşa və İsveç ön planda yer alır. Kreml artıq bu ölkələr ilə bağlı konkret siyasi addımların atılmasına da başlayıb.

Belə ki, Kreml Almaniya, Polşa və İsveç diplomatlarının Rusiyadan çıxarılması barədə qərar qəbul edib. Həmin diplomatlar "Novalniy qalmaqalı" ilə bağlı kütləvi iğtişaşların təşkilində iştirak etməkdə suçlanırlar. Və bu, kifayət qədər ciddi ittihamdır.

Təbii ki, bu ittihamlar ilə üzləşən ölkələr cavabsız qalmaq niyyətində olmadıqlarını biruzə verməyə başlayıblar. Belə ki, Rusiya səfirləri adları çəkilən hər üç dövlətlin xarici işlər nazirliklərinə çağırılıblar. Onlara xəbərdarlıq edilib ki, Rusiyanın son davranışlarına cavab olaraq, ölkədən çıxarıla bilərlər.

Belə anlaşılır ki, Rusiya və Avropa dövlətləri arasında beynəlxalq qalmaqalın əsası artıq qoyulub. Bu qalmaqal yaxın günlərdə "diplomatik böhran" doğura bilər. Və bununla ümumi qarşıdurma mühitindən yayınmağın mümkün ola biləcəyi isə şübhə doğurur.

Məsələ ondadır ki, ABŞ və Qərbdə Rusiya ilə münasibətlərin yumşaldılmasına və mövcud problemlərin siyasi-diplomatik təmaslarla həllinə yönəlik hər hansı niyyət müşahidə edilmir. Əksinə, əsas strateji hədəf olaraq, Rusiyaya qarşı təzyiqlərin artırılması və əlavə daha sərt sanksiyaların tətbiqi müzakirə olunur. Belə şəraitdə "diplomatik böhran" ABŞ və Qərbin Rusiya əleyhinə açdığı savaşı daha da "alovlandırıb", qəlizləşdirə bilər.
Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler