» » Ukrayna Medvedçuku və daha 4 deputatı mandatlarından məhrum etdi

Ukrayna Medvedçuku və daha 4 deputatı mandatlarından məhrum etdi

Bölmə: Dünya
Ukrayna Medvedçuku və daha 4 deputatı mandatlarından məhrum etdi

Ukrayna parlamenti Ali Rada bu gün Viktor Medvedçuku və rusiyayönlü baxışları ilə tanınan daha 4 deputatı mandatlarından məhrum edib.

Xalqinfo.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatlarından biri məlumat verib.

Rusiyayönlü baxışları və Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri ilə tanınan Viktor Medvedçuk 2022-ci ilin yayında fəaliyyəti dayandırılmış Radada təmsil olunan ən böyük müxalifət qüvvəsi olan “Həyat üçün müxalifət platforması” alyansına rəhbərlik edirdi.

Medvedçukun özü vətənə xəyanət ittihamı ilə həbs edilib və bir neçə ay Ukrayna həbsxanasında qaldıqdan sonra 2022-ci ilin sentyabrında Mariupolda əsir götürülmüş “Azov” alayının döyüşçüləri ilə dəyişdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler