» » ABŞ İŞİD-ə qarşı hərbi büdcəsini təsdiq etdi

ABŞ İŞİD-ə qarşı hərbi büdcəsini təsdiq etdi

Bölmə: Dünya
ABŞ İŞİD-ə qarşı hərbi büdcəsini təsdiq etdiABŞ Senatının Nümayəndələr Palatası İraq və Suriyada İŞİD-ə qarşı mübarizə kampaniyasının da daxil edildiyi 585 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib.

axar.az xəbər verir ki, 119 nəfərin əleyhinə, 300 nəfərin isə leyhinə səs verdiyi müdafiə büdcəsi İŞİD-ə qarşı hava hücumları üçün 5 milyard dollar nəzərdə tutur. İraqa 1500 nəfərə qədər ABŞ əsgərinin göndərilməsini nəzərdə tutan büdcə layihəsində bu ölkəyə 1,6 milyard dollar vəsait ayrılıb.

Layihə ayrıca Obama və Pentaqona Suriya müxalifətinə dəstək verməyi də nəzərdə tutur.

Ümumilikdə, müdafiə büdcəsində ABŞ ordusu üçün 521,3 milyard dollar, Əfqanıstan və İraqda əməliyyatlar üçün isə 63,7 milyard dollar vəsait nəzərdə tutur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler