Həştərxandan gələn gəmi bənd olduBölmə: Dünya
Rusiyanın hərbi gəmiləri Azərbaycana gəlib Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" hərbi gəmiləri Azərbaycana gəlib. apa-nın məlumatına görə, bu gün səhər saatlarında Bakı buxtasına daxil olan gəmilər Dövlət Bayrağı meydanı yaxınlığında, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş bazasının ərazisində lövbər salıblar. Gəmilərin qarşılanmasında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi iştirak edib. Qeyd edək ki, səfər müddətində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar. Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Səfər oktyabrın 19-dək davam edəcək. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|