Vitse-admiral Bakı Hərbi Məhkəməsinə aparıldıBölmə: BLOK XƏBƏR
İyulun 17-də müdafiə nazirinin sabiq müavini, Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanov saxlanıldığı Bakı İstintaq Təcridxanasından Bakı Hərbi Məhkəməsinə gətirilib. Bu haqda musavat.com-a məlumat verən vitse-admiralın vəkili Adəm Məmmədov müvəkkili haqda 3 aylıq həbs-qətimkan tədbirinin uzadılması barədə Hərbi Prokurorluğun təqdimatının olduğunu bildirib. Vəkil prosesin hələ başlanmadığını da söyləyib. Xatırladaq ki, bu il aprelin 23-də Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Vitse-admirala Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub. axar.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|