» » Trampdan keçmiş FTB rəhbərinin ittihamlarına cavab

Trampdan keçmiş FTB rəhbərinin ittihamlarına cavab

Bölmə: Dünya
Trampdan keçmiş FTB rəhbərinin ittihamlarına cavab
ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra işdən çıxarılan Fedaral Təhqiqat Bürosunun (FTB) rəhbəri Ceyms Kominin dünən Senatdakı ifadəsinə reaksiya verib.

Xalqinfo” xəbər verir ki, Tramp tvitterdə paylaşdığı açıqlamasında yazır:

“Bir çox yanlış ifadə və yalanlara baxmayaraq, tam bir müdafiə...və Vaov! Komi informasiya sızdıran biridir!”

Qeyd edək ki, Komi dünənki dinləmələrdə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və Tramp administrasiyasının Rusiya ilə gizli əlaqələrinə dair aparılan təhqiqata Ağ Ev rəhbərinin mane olmağa çalışıb-çalışmadığına dair açıqlamalar verəcəyi gözlənilirdi.

C.Komi vəzifədə olduğu müddətdə Rusiya ilə bağlı həyata keçirilən istintaq araşdırmasında Trampın adının yer almadığını qeyd edib, həmçinin Trampın onun haqqında şər-böhtan yaydığını və FTB haqqında yalan danışdığını söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler